Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, bu günlərdə İran tərəfi yenidən Azərbaycanda təxribatlar yaratmaq cəhdləri göstərməsilə öz niyyətinin nədən ibarət olmasını sərgiləyib.
Analitika Azərbaycan növbəti dəfə sübut etdi ki, onun təhlükəsizliyi etibarlı əllərdədirCənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil. Cənub qonşumuz olan İranın ölkəmizə qarşı heç də səmimi siyasət yürütmədiyi və Azərbaycanın güclənməsindən narahatlıq keçirdiyi heç kimə sirr deyil. Bu fonda İran Azərbaycana qarşı zaman-zaman müxtəlif gedişlər etməyə, hətta təxribatlar törətməyə çalışır. Ölkəmizdə İranla bağlı olan müəyyən radikal dini qurumların, siyasi partiyaların və ayrı-ayrı fərdlərin mövcudluğu da bunun real təsdiqidir. Düzdür, müvafiq rəsmi dairələr İranla bağlı qurumların fəaliyyətini vaxtında neytrallaşdıra bilirlər. Amma o da həqiqətdir ki, bütün bunlara və Azərbaycanın İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən, Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini zaman-zaman nümayiş etdirir. Bunun ən bariz sübutu İranın işğalçı və...