Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2012 tarihine ait yayınlar gösteriliyor

AZƏRBAYCANIN BİRLƏŞMƏSİ MƏSƏLƏSİ KLİNTONUN MASASINDA Dövlət Departamenti Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşməsi ideyasının dəstəklənməsi barədə məktub aldığını təsdiqləyib

ABŞ Dövlət Departamenti konqresmen Dana Rorabaxerin dövlət katibi Hillari Klintona Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşməsi ideyasının dəstəklənməsi barədə məktub göndərdiyini təsdiqləyib. Lent.az-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland keçirdiyi brifinqdə söyləyib. Viktoriya Nuland deyib ki, Hillari Klinton Cənubi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi ideyasının dəstəklənməsi barədə konqresmenin məktubuna cavab verib. Ancaq cavab məktubunun detalları açıqlanmayıb. Qeyd edək ki, Dana Rorabaxer məktubunda yazıb ki, İranda etnik azərbaycanlıların üstünlük təşkil etdiyi Şərqi və Qərbi Azərbaycan əyalətləri var, azərbaycanlıların vətəni bölünüb: “1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə Azərbaycan ərazisi Rusiya və İran arasında bölünüb. ABŞ-ın Azərbaycan və İsraillə hərbi əməkdaşlıq etməsi yaxşı olar, çünki İran hər iki ölkənin düşmənidir”.

KANADANIN ARAŞDIRMA İNSTİTUTU TEHRAN-BAKI QARŞIDURMASINI TƏHLİL EDİB “Qərbin artan təzyiqləri İranı öz şimal qonşusuna qarşı daha aqressiv siyasət yürütməyə vadar edib”

Kanadanın Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu Tehran-Bakı münasibətlərindəki qarşıdurmanı təhlil edib. İnstitutun analizində deyilir ki, son bir il ərzində iki qonşu ölkə arasında münasibətlər ciddi şəkildə gərginləşib. Sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması, İranın Azərbaycan ərazisində terror aktları törətmək cəhdləri, səfirlərin “məsləhətləşmələr üçün” geri çağırılması, tutarlı səbəblər olmadan bu və ya digər ölkə vətəndaşlarının həbs olunması, İranın Xəzərdə hərbi qüvvələrini artırmaq cəhdləri bu gərginliyin əlamətləridir. “Bu artan gərginlik həm uzunmüddətli, həm qısamüddətli perspektivdən təhlil edilə bilər. Azərbaycanın İranla münasibətləri 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri gərgin olub və ona görə də indiki vəziyyət təəccüblü deyil” deyə, təhlildə bildirilir. Bununla belə, kanadalı ekspertlər hesab edir ki, gərginliyin indiki fazası daha çox İrana qarşı beynəlxalq sanksiyaların güclənməsi və bu ölkəyə qarşı hərbi əməliyyatlar təhlükəsi ilə bağl...