Ana içeriğe atla

KANADANIN ARAŞDIRMA İNSTİTUTU TEHRAN-BAKI QARŞIDURMASINI TƏHLİL EDİB “Qərbin artan təzyiqləri İranı öz şimal qonşusuna qarşı daha aqressiv siyasət yürütməyə vadar edib”


Kanadanın Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu Tehran-Bakı münasibətlərindəki qarşıdurmanı təhlil edib. İnstitutun analizində deyilir ki, son bir il ərzində iki qonşu ölkə arasında münasibətlər ciddi şəkildə gərginləşib. Sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması, İranın Azərbaycan ərazisində terror aktları törətmək cəhdləri, səfirlərin “məsləhətləşmələr üçün” geri çağırılması, tutarlı səbəblər olmadan bu və ya digər ölkə vətəndaşlarının həbs olunması, İranın Xəzərdə hərbi qüvvələrini artırmaq cəhdləri bu gərginliyin əlamətləridir.

“Bu artan gərginlik həm uzunmüddətli, həm qısamüddətli perspektivdən təhlil edilə bilər. Azərbaycanın İranla münasibətləri 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri gərgin olub və ona görə də indiki vəziyyət təəccüblü deyil” deyə, təhlildə bildirilir. Bununla belə, kanadalı ekspertlər hesab edir ki, gərginliyin indiki fazası daha çox İrana qarşı beynəlxalq sanksiyaların güclənməsi və bu ölkəyə qarşı hərbi əməliyyatlar təhlükəsi ilə bağlıdır: “Bu təzyiqlər İranı öz şimal qonşusuna qarşı daha aqressiv siyasət yürütməyə vadar edib, Azərbaycan isə bu siyasətə qarşı Tehran tərəfindən ”aqressiv" hesab edilən preventiv addımlarla cavab verib".

Kanadalı ekspertlərə görə, Azərbaycanın situasiyanı yumşaltmaq cəhdləri və öz ərazisindən İrana qarşı hücum üçün istifadəyə yol verməyəcəyinə dair vədləri Tehranda şübhə ilə qarşılanıb. İsrailin İrana hücum üçün Azərbaycan ərazisindəki aerodromlardan istifadə edəcəyinə dair Qərb mənbələrində yer alan xəbərlər isə gərginliyi daha da artırıb. Azərbaycanın İsraillə 1.6 milyardlıq silah anlaşması da Tehranda narahatlıq doğurub. “Təkcə ona görə yox ki, Azərbaycan bu silahları almaqla Xəzərə dair mübahisələrdə daha sərt mövqe tuta bilər, həm də ona görə ki, xarici hərbi təlimatçılar Azərbaycana ordunun hazırlıq keçməsində dəstək verir, bu da İrana qarşı mümkün münaqişədə istifadə edilə bilər” deyə, məqalədə bildirilir. Ekspertlərə görə, Azərbaycanın Qərblə yaxınlaşmaq tendensiyası da İranın qəzəbinə səbəb olur. Azərbaycan ABŞ-ın Əfqanıstandakı qüvvələri üçün əsas təchizat marşrutuna çevrilib, hətta Amerika-Azərbaycan münasibətlərinin soyuması və Konqresdəki erməni lobbisi də bu marşruta mane ola bilməyib.

Kanada institutuna görə Azərbaycanla İran arasında qarşıdurmanın səbəblərindən biri də Xəzər uğrunda mübahisələr və Tehranın bu yaxınlarda dənizdə iri neft-qaz yatağı kəşf etməsi ilə əlaqəlidir. Ekspertlərə görə, Azərbaycanın İranla münasibətlərinin gərginləşməsi heç də İsrailin maraqlarına uyğun deyil. Hər iki ölkə İranı təhdid hesab etsə də onların münasibətlərinin həddi var. “Azərbaycanın İranla münasibətlərini korlamaq hesabına İsrailə nə dərəcədə yaxınlaşacağının müəyyən limiti mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycan bu vaxta qədər İsraildə səfirlik açmayıb. Digər tərəfdən, istisna deyil ki, İranın təzyiqlərinin artması qarşısında Azərbaycan İsraillə münasibətlərini korlamaq üçün bəzi praktiki addımlar atsın. Çünki İsraillə münasibətlərin İrana qarşı yönəlmədiyinə dair deyilənlər Tehranda şübhə ilə qarşılanır”. Məqalədə deyildiyinə görə, Azərbaycan İrana qarşı addımlardan və onun rejim üçün törədəcəyi nəticələrdən narahatdır. Belə ki, Qərb ölkələri İranın nüvə obyektlərinə hücum etsə Tehranın cavab zərbələrinin hədəfi Qərbin regiondakı tərəfdaşları-Azərbaycan və Gürcüstan ola bilər. “İranın qonşu ölkələrdəki İsrail diplomatlarına qarşı təşkil etdiyi hücum cəhdləri göstərir ki, Tehran öz qonşularının suverenliyini pozmaqdan çəkinmir” deyə, ekspertlər bildirir.
www.musavat.com


 Siyasət şöbəsi
http://www.musavat.com/new/Gündəm/130727-KANADANIN_ARAŞDIRMA_İNSTİTUTU_TEHRAN-BAKI_QARŞIDURMASINI_TƏHLİL_EDİB

Yorumlar

Bu blogdaki popüler yayınlar

Today.Az » Politics » "Iran stands behind religious parties voicing calls against secular state in Azerbaijan"

Iran stands behind the religious parties voicing calls against the secular state and secular education in Azerbaijan. These are specially trained people, head of the Azerbaijani Centre for Strategic Studies in Canada, political scientist Aslan Khalidi said at the news conference. Since 1991, the Iranian secret services have begun to sabotage in Azerbaijan, he said. "Since then, Iran wants to turn Azerbaijan into a small Palestine. Iran has tried to prepare forces against Israel, the U.S. and other countries wishing to cooperate with us inside Azerbaijan," Khalidi said.

Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. Bəs o, bu barədə nə düşünür?

Hazırda dünyanın müxtəlif ölkələrində 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların 100-dən çoxu Dünya azərbaycanlılarının II qurultayından sonra yaradılıb. Artıq uzaq ölkələrdə də Azərbaycan icmaları yaradılır, fəaliyyət göstərən ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzdə birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır. Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (QHT) rəhbəridir. Bəs o, bu barədə nə düşünür? - Mən III qurultayın keçirilməsini dünya azərbaycanlılarının bayramı hesab edirəm. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı xaricdə yaşayan azərbaycanlılar üçün çox ciddi mesaj idi. Dünyada diaspor fəaliyyəti göstərən azərbaycanlıların bir-birilə əlaqəsinə birbaşa münasibət bildirdi, nöqsanlara toxundu və bizdən mövcud nöqsanların həllini istədi. Çünki bizim bir-...